Xaçmaz şəhərində yol qəzası baş verib. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Nəriman Nərimanov prospektində minik avtomobilin qarşısına başqa bir nəqliyat vasitesi cıxıb və o, idarəetməni itirərək divara çırpılıb. Nəticədə avtomobil yararsız hala düşüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

İlkin məlumata görə xəsarət alan yoxdur.