Xaçmaz: Qarabağın maddi-mənəvi sərvətlərinə həsr olunan tədbir baş tutub

21 Oktyabr 2021, 14:38

Azertac rəsmi səhifəsindən

Tədbir Tarix-Diyarşünaslıq Muzeyində keçirilib

Xaçmazlı məktəblilər Qarabağın maddi-mənəvi sərvətləri haqqında yeni biliklər öyrəniblər. Bu barədə 21 oktyabr tarixində AZƏRTAC xəbər verib.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Zəfər Günü ərəfəsində məktəblilərin iştirakı ilə keçirilən “Qarabağın tarixi: maddi-mənəvi sərvətləri” adlı tədbir maarifləndirici xarakter daşıyıb.

Şagirdlər Qarabağın tarixi, coğrafi mövqeyi, təbii sərvətləri, mədəni irsi, şair və yazıçıları, musiqisi, korifey sənətkarları və şifahi xalq ədəbiyyatı haqqında yeni biliklər əldə ediblər.

Məruzələr zamanı mövzulara aid foto slaydlar və “Qarabağ milli musiqimizin beşiyidir” adlı videoçarx nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.