Xaçmaz şəhərində bəzi küçələrin yolları yararsız vəziyyətdədir. Bu barədə ShimalNews-a məlumat daxil olub.
20 Yanvar və Orxan Çobanov küçələrinin yollarının təmirə ehtiyacı var.
Sakinlərin sözlərinə görə, yoldan keçən avtomobillər çuxurlara düşür və bu hal sürücülərə ziyan vurur.
Qeyd olunan küçələr mərkəzdədir və çox istifadə olunan yoldur.
Daha öncə, Qubada mərkəzi xəstəxananın yolu yararsız vəziyyətdə olması haqqında məlumat vermişdik.
