Qubanın Cimi kəndində mərasim keçirilib. Bu barədə 21 oktyabr tarixində sosial şəbəkələrdə məlumat yayılıb.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilmiş layihənin başa çatmasına və kənddə şəhidlərin xatirəsinə bulağın açılışına həsr olunmuş tədbir keçirilib.
Mərasimdə şəhid ailələri, kənd sakinləri, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev və diqər qurumlar iştirak edib.
Əslən Cimi kəndindən olan, Vətən Müharibəsində “Topçu Vüsal” kimi tanınmış Vüsal Şahkərimov da iştirak edib.