Qusarda fəal gənclərə iş təklif olunur

21 Oktyabr 2021, 17:46

Qusar-Gəncləri rəsmi Facebook səhifəsindən

Müraciətlər 1 noyabr tarixinədək qəbul olunur

Qusarlı aktiv gənclər üçün iş təklif olunur. Bu barədə 21 oktyabr tarixində məlum olub.

Gənclər Fondunun Gənclərin İnkişaf və Karyera Mərkəzi “Layihələr və tədbirlər üzrə mütəxəssis” və “Könüllülər üzrə mütəxəssis” vəzifələrinə vakansiya elan edib.

Əsas tələblər: rayonda yaşamaq, ictimai və sosial sahələrdə fəal, ali və orta təhsilli olmaq.

Tələblərə uyğun gələn gənclər (29 yaşadək olan) 1 noyabr 2021-ci il tarixinədək onlayn müraciət edə bilərlər. Bunun üçün rəsmi internet saytdan və ya “GencApp” mobil tətbiqindən istifadə etmək olar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.