Qubanın mərkəzi yolununun təmirə ehtiyacı var

21 Oktyabr 2021, 11:00

Foto Shimal.news

Qış aylarında hərəkət etmək mümkün olmur

Qubanın mərkəzi yolu yararsız vəziyyətdədir. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Heydər Əliyev prospekti ilə 29-cu kvartalın kesişməsindəki yolun təmirə ehtiyacı var. Sakinlərin sözlərinə görə, şəhərin bir neçə mərkəzi küçələri asfaltlansa da, bu küçə diqqətdən kənarda qalıb. Qış aylarında hərəkət etmək mümkün olmur. Bütün yol palçıq və bataqlıq olur. Vətəndaşların gediş-gelişi çətinləşir.

Daha öncə, Qubada mərkəzi xəstəxananın arxa yolunun yararsız olduğu barədə məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.