Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilir. Bu barədə 21 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Rayon mərkəzi xəstəxanasının həyətində yerləşəcək bulağın tikinti işləri aparılır. İşçilərin sözlərinə görə, hal-hazırda şəhidlərin portretlərinin quraşdırılması və suyun çəkilməsi nəzərdə tutulub. Onlar əlavə ediblər ki, hava şəraiti ilə əlaqədar olaraq işlər ləngiyə bilər.

İşlərin “Zəfər Günü” bayramına gədər yekunlaşması planlaşdırılır.

Daha öncə, Qubada şəhid bulağının və xatirə kompleksinin açılışı baş tutmuşdur.

Foto Shimal.news
Foto Shimal.news