Qubada şəkər tozu bahalaşıb. Bu barədə məlumat 21 oktyabr tarixində ShimalNews-a daxil olub.
Bugün çəki ilə satılan şəkər tozunun 1 kiloqram üçün ən minimal qiyməti 1,29 manat təşkil edib. Bəzi yerlərdə 1,42-1,45 manata satıldığı müəyyən olub.
Sakinlərin sözlərinə görə, əvvəl qiymət 1-1,10 manat idi. Satıcılar bahalaşmanın niyə baş verdiyinə aydınlıq gətirə bilmirlər. “Baha alıb, baha satırıq”, – deyə onlar bildirirlər. Tək bu deyil, bir çox qida məhsulu bahalaşıb.
Daha öncə, Xaçmazda unun qiymətini qalxması haqqında məlumat vermişdik