Quba sakini 10 il müddətinə həbs edilib

21 Oktyabr 2021, 10:15

Envato

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub

Quba rayon sakininə narkotik satışına görə hökm oxunub. Bu barədə ShimalNews 21 oktyabr tarixində “Trend”də istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Rüstəmov 10 il müddətinə, onunla əlbir olan Cəlilabad sakini, “Baron Seyid” ləqəbli Elsevər Salmanlı isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Biləsuvar rayonunda Aydının üzərində 2 kiloqram 810 qram metamfetamin, 351 qram heroin aşkarlanıb. O, bildirib ki, bütün bunlar “Baron Seyid”ə çatmalı idi. Keçirilən tədbirlər nəticəsində Elsevər Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

İş üzrə Cinayət Məcəlləsinin külli miqdrada narkotik maddə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.