Qubada yerləşən bankların birində təmir işləri aparılır. Bu barədə Shimal.News-a məlumat daxil olub.

Heydər Əliyev prospektində yerləşən “Kapital Bank”ın baş ofisində əsaslı təmir aparılır. Ofisin içərisində işlər artıq sona çatıb. Binanın üst hissəsinin təmiri və örtüklərin yenilənməsi davam edir.

İşlərin gələn ayın sonuna qədər yekunlaşacağı planlaşdırılır.