Qubada qiymətləri ilə fərqlənən meyvə qəbulu məntəqələri fəailyyət göstərir. Bu barədə 21 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Çox insanın tanımadığı müəssisələr Hacıhüseynli kəndində yerləşir. Burada satışa yararsız almanın 1 tonu 50 manata alınır. Daha sonra məhsul yük avtomobilləri ilə əsasən Qəbələyə yola salınır. Orada yerləşən zavodlarda növbəti emal prosesi baş verir.

Son günlər aramsız yağan yağışların fermerlərə vurduğu ziyan nəticəsini izləyicilərimizlə bölüşmüşdük. Nəticədə çıxış yolu kimi almanın 1 tonu üçün 40 manat təklif edən zavod haqqında məlumat vermişdik.

Bütün bunlara baxmayaraq, fermerlər ziyan çəkib. Onların sözlərinə görə, əldə etdikləri gəlir, dərmanlara verilən pul və çəkilən zəhmətlə müqaisədə cuzidir.

Foto Shimal.news
Foto Shimal.news