Quba: ADPU-nin filialında seminarlar keçiriləcək

21 Oktyabr 2021, 16:45

Facebook rəsmi səhifəsindən

Ölkə üzrə 180 nəfər bu layihədə iştirak edəcək

Qubada gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, tədqiqatçılar üçün 2021-cu ilin oktyabr və noyabr aylarında seminarlar keçiriləcək. Bu barədə ShimalNews 21 oktyabr tarixində  “Azərtac”a istinadən xəbər verir.

Tədbir “Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” layihəsi çərçivəsində ADPU-nin filialında, oktyabr və noyabr aylarında baş tutacaq.

Burada gənc alim və tədqiqatçılara Avropa elmi məkanında tətbiq olunan “Open Science”, “Open Access”, “Open Research date”, “Open innovation”, “Open research computation”, “Citizen science”, “Scientific social network” haqqında da ətraflı məlumatlar veriləcək və təqdimatlar olacaq.

Ümumilikdə ölkə üzrə 180 nəfər bu layihədə iştirak edəcək. Məqsəd isə gənc tədqiqatçılara bu sistemlərə üzv olmaq və onlardan istifadə yollarını öyrətməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.