2 yanğınsöndürən avtomobil cəlb olunub
Xaçmaz rayonunda istirahət mərkəzinin yanında yanğın baş verib. Bu barədə məlumat 21 oktyabr tarixində ShimalNews-a daxil olub.
Nabranda ehtiyyatsızlıq səbəbindən 400 kv.m sahədə qamış bitkisi yanıb. Hadisə “Ulduz” istirahət mərkəzinin yanında baş verib.
Şahidlərin sözlərinə görə, naməlum şəxs kol-kosu yandırmaq istəyirdi. Alov tez zamanda geniş əraziyə yayıldı. Fəsadları aradan qaldırmaq üçün FHN-nin 2 yanğın söndürmə avtomobili cəlb edilib, ətraf ərazi mühafizə olunub.
Daha öncə, Xaçmazda iki yanğın hadisəsi haqqında məlumat vermişdik.