Xaçmazda meyvə daşıyan dəmir yol xəttində bərpa işləri aparılır. Bu barədə məlumat 20 oktyabr tarixində ShimalNews-a daxil olub.

Meyvə zavodundan xaricə məhsul ixrac olunur. Bunun üçün əsas rollardan biri dəmir yol xəttinin üzərinə düşür. Sakinlərin sözlərinə görə, xəttlərin yenidən qurma və bərpası iş adamının maliyyələşdirməsi ilə aparılır.

Bu xətt Xaçmaz stansiyası ilə birləşir. Daha sonra, əsasən buradan məhsul Rusiya Federasiyasına ixrac olunur.

Bundan öncə, Xaçmazda yük qatarlarının hərəkətində ləngimə səbəbi haqqında məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news