Xaçmazda sürücülük məktəbindən xeyriyyə addımı atılıb. Bu barədə 20 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Hacı Zeynaləbdin Tağıyev küçəsində, şəhid ailələri üçün sürücülük kursları ödənişsiz keçirilir. Tələbələr sonda təqdim olunan sertifikatla dövlət imtahanına buraxılırlar.

Məktəbin rəhbəri Fərid müəllimin sözlərinə görə, hətta imtahan üçün tələb olunan tibbi arayışı şəhid ailələri və qazilər, xəstəxanadan ödənişsiz alırlar. Əlavə suallar üçün 055 620 01 11 mobil nömrəsi ilə əlaqə saxlamaq olar.