Qusar gəncləri ilə motivasiya xarakterli görüş keçirilib

20 Oktyabr 2021, 14:45

mdu.edu.az rəsmi səhifəsindən

İştirakçılar sertifikatlarla təltif ediliblər

Qusar rayonunda “Qəlb gözü” layihəsi reallaşdırılıb. Bu barədə AZƏRTAC xəbər verib.

Layihə başlamazdan əvvəl Qusar gəncləri ilə motivasiya xarakterli görüş keçirilib. “Qəlb gözü” layihəsində iştirak edən gənclər yaşadıqları mühitlərdə yaradılmış imkanlardan daha çox məlumatlı olmaları və faydalanmaları, dəyərli vaxtlarının fərqinə vararaq şəxsi inkişafları ilə bağlı araşdırma və cəhd etmələri üçün istiqamətləndirilib, öz məqsədlərini və arzularını paylaşıblar.

İştirakçılar sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Nadir Hüseynovun təşəbbüsü əsasında təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə İnkişaf Zamanı Proqramı çərçivəsində Qusarda “Qəlb gözü” layihəsi keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.