Qusar Dövlət Ləzgi Dram Teatrı

20 Oktyabr 2021, 13:00

Foto Shimal.news

Əvvəllər bu teatr Qusar Xalq Teatrı adlandırılırdı

Qusar Dövlət Ləzgi Dram Teatrı Qusar şəhərində, Heydər Əliyev küçəsi 119-da, Mədəniyyət Mərkəzinin binasında yerləşir. Teatr 3 iyul 1992-ci ildə yaranıb, rəsmi açılışı isə 3 aprel 1993-cü ildə braziliyalı dramaturq Gilyerme Figeyredonun “Ezop” tamaşası ilə olub.

Teatrın tarixi 15 aprel 1963-cü ildən başlamışdır. Həmin dövrdə rayonun ziyalıları xalq teatrını yaradıb, onu “Qusar Xalq Teatrı” adlandırmışdılar. Teatr 1987-ci ildə SSRİ xalq teatrları festivalının laureatı seçilmişdir.

Teatr qısa müddətdə Azərbaycanın və Dağıstanın ləzgi əhalisinin rəğbətini qazanmışdır. 1992-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrı fəaliyyətə başlayanda, buraya Xalq Teatrından 12 aktyor gəlmişdir.
2000-ci ildə teatra yeni direktor Rəhimxan Qaraxanov təyin edilmişdir. Bu zaman o, teatrda 42 tamaşa hazırlamışdır. Azərbaycan dramaturqlarından S.S.Axundovun “Tamahkar”, S.Rəhmanın “Aşnalar”, “Hicran”, İ.Əfəndiyevin “Bizim qəribə həyatımız”, “Atayevlər ailəsi”, M.Əlizadənin “Dağ çiçəyi” kimi pyeslər ləzgi dilində tamaşaya qoyulmuşdur.
Hazırda Qusar Dövlət Ləzgi Teatrının rəhbəri Faiq Qardaşovdur. Teatrın ümumilikdə 60-dan artıq yaradıcı və texniki işçi heyəti var.
Mənbələr:
Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
Vaqif Müşkürvi. Ata ocağım Hil. Bakı-2020.
Azərbaycanın folklor paytaxtı Qusar. Bakı-2016.
http://azteatr.musigi-dunya.az/file?id=88&dt=44
https://miralamov.az/faliyyti/mextlif/qusar-devlt-lzgi-dram-teatrinin-vsiyyti-azrbaycanin-multikultural-mdniyytinin-ugurlu-tqdimati
https://khachmaz.mctgov.az/az/view/360/63/Qusar_rayon_Medeniyyet_Merkezi

Foto Shimal.news

Foto Shimal.news

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.