Qubada mərkəzi xəstəxananın arxa yolu yararsız vəziyyətdədir. Bu barədə ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, xəstəxananın arxa tərəfində yerləşən 3-cü korpus fəaliyyət gösterir. Hemin korpuslarda laboratoriya, doğum evi və cərrahiyyə şöbəsi yerləşir. Bu yolda asfaltın yenilənməsinə ehtiyacı var. Qışda palçıq, yayda isə tozdan hərəkət etmək mümkün deyil.
Qeyd edək ki, Rayon mərkəzi xəstəxanasının əsas binasında yalnız koronavirus xəstələri yerləşdirilir.