Quba bazarındakı qiymət artımı sakinlərin narazılığına səbəb olub

20 Oktyabr 2021, 17:44

Foto Shimal.news

Bu vəziyyət sakinlərin və satıcıların fikir ayrılığına səbəb olub

Quba bazarında bir çox meyvə və tərəvəz məhsullarının qiyməti qalxıb. Bu vəziyyət sakinlərin və satıcıların fikir ayrılığına səbəb olub. Bu haqda Shimal.news-un müxbiri 20 oktyabr tarixində xəbər verib.

Əldə etdiyimiz məlumata əsasən, qiymətlərdə bahalaşma müşahidə olunur. Səbəb isə satıcıların keçən ilə nisbətən məhsulları baha almasıdır.

“Keçən il kilosu 15-20 qəpiyə satılan kələmin qiyməti bu il 1.20-1.50 manat arası dəyişir. Ən əsas kartofun qiymətində artım var. Ötən il 40-50 qəpiyə təklif olunurdu, hal-hazırda 80 qəpik – 1 manat arasıdır. Niyə bu qədər bahadır ki?” – deyə sakin bildirib.

“Bu il əkin mövsümündə yağışların az olduğuna görə, yetərincə məhsul yığılmayıb. Topdan kələmin kilosunu bir manata almışıq, neçəyə sataq? 20 qəpikdə biz üstünə qoyub evimizə çörək pulu aparırıq” – deyə tərəvəz satışı ilə məşğul olan şəxs söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.