Xaçmaz rayon sakinləri Qanunsuz ov edərkən tutulublar. Bu barədə ShimalNews 20 oktyabr tarixində “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nə istinadən məlumat verir.

Xəzər dənizi sahillərində Layiq Səbzəliyev və Ehtibar Bəşirov qanunsuz balıq ovladıqlarına görə saxlanılıblar. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və sintetik tor götürülüb.

Faktla bağlı akt, protokol tərtib edilib və cərimə tətbiq olunub.

Daha öncə, Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılması haqqında məlumat vermişdik.