FHN-nin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz Əlillərin Regional Bərpa Mərkəzində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib. Bu barədə FHN məlumat yayıb.
Tədbirlərdə dəm qazı təhlükəsi, məişətdə yanğın təhlükəsizliyi, odsöndürənlərdən istifadə qaydası mövzularında çıxışlar edilib, FHN-nin “112” qaynar telefon xəttinin təyinatından söz açılıb. Həmçinin, adıçəkilən obyektlərdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.