Xudatda transformator yararsız vəziyyətdədir. Bu barədə məlumat 19 oktyabr tarixində ShimalNews-a daxil olub.
Sakinlərin sözlərinə görə, Qafur Məmmədov küçəsində yerləşən gərginlik transformatoru yararsız hala düşüb. İki il əvvəl yeni transformator üçün yer tikilib, lakin hələdə quraşdırılmayıb.
Bugünkü gündə, burada yaşayan sakinlərin enerji tələbatlarını köhnə transformator ödəyə bilmir. Beləliklə, il boyu tez-tez işıq sönür. Nəticədə məişət texnikası sıradan çıxır.
Daha öncə, Xaçmaz rayonunun Muxtadır qəsəbəsində əhalini elektrik enerjisi ilə təmin etmək üçün işlər aparılmışdır.