Xudat şəhərin mərkəzi yolunda uzun müddət ki, kanalizasiya quyusunun qapaqları yoxdur. Bu barədə 19 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Xudu Məmmədov, Mahmud Əbilov və Mirzə Fətəli Axundov küçələrinin kəsişməsində lyuk qapaqları yoxdur. Burada başlanan təmir işləri yekunlaşmamış dayandırılıb və ərazinin mühafizəsi təmin olunmayıb. Sakinlərin sözlərinə görə, uşaqlar bu mərkəzi yoldan məktəbə gedirlər və bu vəziyyət onlar üçün təhlükə yaradır.

Daha öncə, Qubada mərkəzi yolda lyuk qapaqları sınmışdır.

Foto Shimal.news
Foto Shimal.news