Xaçmazlı şəhid qadının ailəsi ziyarət olunub. Bu barədə ShimalNews 19 oktyabr tarixində “Dövlət Miqrasiya Xidmətin”ə (DMX) istinadən xəbər verir.

Vətən müharibəsi qazisi olan DMX-nin əməkdaşı Babək Fətullazadə və könüllülər görüş zamanı bildirdilər ki, Azərbaycan xanımının qəhrəman oğullarımızla çiyin-çiyinə dayanmaq gücündə olduğunu Arəstə Baxışova bir daha sübuta yetirdi.

Arəstə II Qarabağ müharibəsinin ilk qadın şəhididir. O, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarmışdır. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.