Paşa Sığorta filialı vakansiya elan edib. Satış üzrə təcrübəçi axtarılır.
Son müraciət tarixi 5 noyabrdır.
Təcrübə proqramının üstünlükləri:
Tam onlayn şəkildə, evdən çalışmaq imkanı;
Ödənişli təcrübə proqramı olması;
Sığorta və Satış sahəsi üzrə geniş təlim proqramında iştirak;
“Satış Sənəti” Təcrübə proqramını bitirmiş təcrübəçilərə proqramın sonunda iştirakla bağlı sertifikat təqdim ediləcəkdir;
Proqramı uğurlu başa vurmuş yüksək performans göstərmiş təcrübəçilər PAŞA Sığorta ASC-nin Telesatış komandasında iş imkanı qazanacaqlar
Üstünlük verilən namizədlər
Tam günlük təcrübə proqramı olduğu üçün yeni məzun olmuş və ya qiyabi təhsil alan gənclər;
Karyerasını satış sahəsində qurmaq istəyən təcrübəsiz və ya 1 ildən az təcrübəsi olan namizədlər;
Karyerasında bir müddət fasilə etmiş və yenidən başlamaq istəyən namizədlər
Maraqlanan şəxslər CV-ni məktubun mövzu hissəsində “Satış Sənəti” Təcrübə proqramı qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Kapital Bank “Məlumat xidməti üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib:
Son müraciət tarixi 19 noyabrdır
Öhdəliklər:
Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
Ödəniş terminallarından istifadə qaydaları haqda məlumatların verilməsi.
Tələblər:
Ali təhsil
Səbirli, təmkinli, təzyiqə davamlı
Ünsiyyətqurma və izahetmə qabiliyyəti
Azərbaycan dilində sərbəst danışmaq bacarığı
MS Office proqramları üzrə biliklər
Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
Link: https://hr.kapitalbank.az/account/register