Xaçmazda şəhid baş gizir Mahir Məmmədovun ildönümü qeyd olunub. Bu barədə 19 oktyabr tarixində AZƏRTAC xəbər verib.
Şıxaput kəndində keçirilən anım mərasimində şəhidin döyüş yoldaşları, ailə üzvləri, kənd sakinləri və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Oktyabrın 7-də Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.
Mahir Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşlərində də düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.