Quba-Xaçmaz yolunun üzərində məişət tullatıları mənzərə yaradıb. Bu barədə məlumat 19 oktyabr tarixində ShimalNews-a daxil olub.
Sakinlərin sözlərinə görə, Qubanın “şərq qapısı” olan Barlı qəsəbəsinin önü zibilliyə çevirilib. Bu xoşagəlməz halı hər qonaq, turist və magistral yoldan keçənlər görür. Xüsusi ayrılmış yerin və zibil qabılarının olmaması səbəbindən camaat məcbur olur bura tullantıları atmaq. Həmçinin bütün bu natəmizlik yaxından keçən “sement kanala” (suvarma kanalı) düşərək, daha sonra Samur-Abşeron su kanalına tökülür.
Bundan öncə, Qubada suvarma kanalına tullantılar atıldığı haqqında məlumat vermişdik.