Qubanın “Şahdağ” futbol klubu 5-ci yoxlama oyununa hazırdır. Bu barədə ShimalNews 19 oktyabr tarixində klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

20 oktyabr tarixində “Şahdağ”ın rəqibi “Səbail” PFK komandası olacaq. Oyun Bakıda yerləşən “ASCO Arena”da, saat 14:30-da keçiriləcək.

Daha öncə, Lökbatan Stadionunda baş tutmuş 4-cü yoxlama oyununun nəticələrini dərc etmişdik.