Qubada “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası keçirilib. Bu barədə 19 oktyabr tarixində sosial şəbəkələrdə xəbər yayılıb.

Alpan kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Aksiya çərçivəsində məktəbin həyətyanı sahəsində ümumilikdə 50 dən çox ağac əkilib.

Qeyd edək ki, aksiya Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.