Qubada işıq dirəyi qəzalı vəziyyətdədir. Bu barədə 19 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Zərdabi qəsəbəsinin girişində işıq dirəyi qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bu hal 1 həftəyə yaxın yaranıb. Səbəb isə avtomobilin dirəklə toqquşması olub. Burdan keçən hər kəsə maraq doğursada, təhlükə mənbəsi olmasını unudmaq olmaz.
Daha öncə, Məçkə-xacə kəndində elektrik təsərrüfatının vəziyyətini işıqlandırmışdıq.