Qubada Qəçrəş kəndində məscidi rekonstruksiya edirlər. Bu barədə 19 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

İşçilərindən aldığımız məlumata görə, binada tikinti prosesin əsas hissəsi yekunlaşıb. Məscidin sahəsi dəfələrlə böyüdülüb. Gümbəz inşa edilib və hətta pencərələr yenilənib. Bütün bunları yerli əhali, Quba şəhər sakinləri, məmurlar və bura baş çekən turistlərin maddi dəstəyi ilə icra olunur. Həmçinin bəzi ustalar təmənnasız öz tövhələrini əsirgəməyirlər.

Daha öncə, Qubanın ən boyük ibadət evi: Hacı Cəfər məscidi haqqında tarixi məqalə dərc etmişdik.