Quba: 22-ci məhəllədə qaz xətti çəkilir

19 Oktyabr 2021, 18:15

Foto Shimal.news

Boruların quraşdırılması yekunlaşdırılır

Quba rayonunda əhalinin mavi yanacaq təminatı üçün işlər aparılır. Bu barədə 19 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Heydər Əliyev prospektində, 22-ci məhəllə adlanan ərazidə qaz xətti çəkilir. Səlahiyyətli qurumlar tərəfindən yeni boruların montajı yaxın günlərdə yekunlaşacağı planlaşdırılır.

Daha öncə, Qubanın Fətəlixan küçəsində evlərin mavi yanacaqla təmin olunması haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.