Xaçmaz rayonunda 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar tədbirlər keçirilib. Bu barədə ShimalNews-a məlumat daxil olub.
Xudat şəhər 1saylı tam orta məktəbində Azərbaycanın müstəqilliyini bərpa etməsinin 30 illiyi qeyd olunub. Məktəb şagirdləri şeirlər oxuyublar. Daha sonra, müəllimlər çıxış edərək 18 oktyabrın tariximizdə mühüm günlərindən biri olduğunu vurğulayıblar.
1991-ci il oktyabrın 18-də Ali Sovet keçirdiyi iclasda “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilmişdir.