Xaçmazda “Məktəbə Dəstək Mərkəzi” xeyriyyə ilə məşğuldur

18 Oktyabr 2021, 15:00

Foto Shimal.news

Bu, vətən uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün görülür

Xaçmazda hazırlıq təhsil kursları şəhid ailələrinə pulsuz xidmət göstərir. Bu barədə məlumat 18 oktyabr tarixində ShimalNews-a daxil olub.

Şəhərin Səid Qurbanov küçəsində yerləşən “Məktəbə Dəstək Mərkəzi” xeyriyyə ilə məşğuldur. Bu, vətən uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün görülür. Şəhid övladları və ailələri müraciət edə bilərlər.

Hər bir hazırlıq qrupu 3 nəfərdən ibarətdir. Beləliklə, hərəsində 1 yer şəhid ailələrinin nümayəndələri üçün ayrıla bilər. Əlavə məlumat üçün 055 724 53 55 nömrəsinə zəng etmək olar.

İş qrafiki: Həftənin hər günü, saat 14:30-dan 18:00-dək.

Daha öncə, Xaçmazda avtoyuma məntəqəsinin xeyriyyəsi haqqında məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.