Xaçmaz şəhərində yol kənarı ərazilərində təmir-bərpa işləri gedir. Bu barədə 18 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Şəhərin Heydər Əliyev prospektində yeni bordürlar quraşdırılır və səkilər yenilənir. Həmçinin yerin altındaki elektrik xətləri yenilənir. Bu işlər həmin küçədə yeni tikilən binalaradək davam ediləcək.

İşlər “Zəfər Günü” bayramına qədər yekunlaşmalıdır.

Daha öncə, Xaçmaz rayonunda yolun kənarının təmir-bərpası işləri icra olunmuşdur.