Xaçmazda poliatlon çoxnövçülüyü üzrə yarış keçirilib. Bu barədə ShimalNews 18 oktyabr tarixində “Azərtac”a istinadən xəbər verir.

“Vətənin müdafiəsinə hazıram” adlı yarış Olimpiya İdman Kompleksində baş tutub. Çempionatda 10 rayondan 60 gənc mübarizə aparıb. Tədbir 2 gün ərzində X-XI sinif şagirdləri arasında keçirilib.

Zəfər Gününə həsr olunan çempionatın məqsədi, gənclərin hərbi hazırlığının artırılması və onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi idi.

Komandalar 100 və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma üzrə yarışıblar. Nəticədə, Şabran I, Xızı II, Siyəzən komandası isə III yeri tutublar. Beləliklə ilk üç yeri qazanan komandalar diplomla təltif olunublar və final mərhələdə iştirak edəcəklər.