Qubada əsas yolların birində təmir-bərpa işləri aparılır. Bu barədə 18 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Avtovağzal ərazisindən keçən yolda, asfalt örtüyünün zədəli hissələrinin təmiri icra olunur. Sakinlərin sözlərinə görə, onlar bunu uzun müddət gözləyirdilər. Bu çox sevindirici haldır.
Daha öncə, adı çəkilən ərazidə asfaltın yararsız halda olduğu haqqında məlumat dərc etmişdik.
