Qubada çoxların tanımadığı və bilmədiyi bazar fəaliyyət göstərir. Bu barədə məlumat 18 oktyabr tarixində ShimalNews-a daxil olub.
Şəhərin köhnə avtovağzal ərazisində, el arasında “Bit bazarı” adlanan məkan var. Həftənin hər bazar günü, səhər 8:00-dan 13:00-dək fəaliyyət göstərir. Burada ikinci əl, köhnə və hətta bəzi qədimi əşyaların satışına rast gəlmək olar.
Sakinlərin sözlərinə görə, burada əşyanı pula ehtiyacı olan satır, ucuz almaq istəyən isə alır. Çox az insan bu bazar haqqında məlumatlıdır.
Daha öncə, Xaçmazda kilo ilə oyuncaq və paltar satılan yer haqqında məlumat vermişdik.