Quba sakini 9 aydır ki itkin düşüb. Bu barədə APA məlumat verib.
İspiç kəndində yaşayan 32 yaşlı İftixar Məmmədov sonuncu dəfə yanvarın 14-də işlədiyi daş karxanasında görünüb.
Bu haqda onun atası Balaşirin Məmmədov deyir:
“Səhər növbəni dəyişmək üçün işə getdim. İftixar karxanadan çıxıb evə getməli idi. Bundan sonra ondan xəbər olmadı.”
İftixar Məmmədovu görənlərdən 050-535-05-58, 070-535-05-58 nömrələrinə zəng etmələri və ya polisə məlumat vermələri xahiş olunur.
