Quba-Xaçmaz yolunda 4 nəfər yol-nəqliyyat qəzasında dünyasını dəyişib. Bu barədə ShimalNews-a məlumat daxil olub.
Zərdabi qəsəbəsi ərazisində “VAZ 2107” markalı minik avtomobili, saat 23:00 radələrində, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə 4 nəfər yerindəcə keçinib, 1 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbi avtomobilin yüksək sürəti olub. Hadisə yerinə FHN-nin xilasetmə qüvvələri, təcili tibbi yardım və digər aidiyyatı qurumlar cəlb edilib.
Daha öncə, 3 qadın və 2 kişi dünyasını deyişdiyi qəza haqqında məlumat vermişdik.