Quba şəhərində əməkdar rəssamlar tədbirə qatılıblar. Bu barədə ShimalNews 18 oktyabr tarixində “Dövlət Turizm Agentliyin”ə istinadən xəbər verir.
Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə müalicə-sanatoriya kompleksində 3-cü “ART Zone” simpoziumu təşkil edilib. 17-24 oktyabr tarixlərdə keçiriləcək tədbir Vətən uğrunda döyüşən qəhrəmanlar haqqında mövzulara üstünlük verəcəklər.
Həmçinin, fərqli formada bölgənin turizmi, tarixi abidələri, unikal coğrafiyası, onları rəsmə köçürmələrini təmin etmək, təbliği və təşviqi aparılacaq.
Bununla yanaşı “Ustad dərsləri” keçiriləcək. Burada rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclər iştirak edə bilər.
Simpozium günlərində, “Naz-nazı” muğam qrupunun iştirakı ilə konsert proqramı təşkil ediləcək. Eləcə də rəngkarlıq sənəti ilə bağlı leksiya oxunacaq.
Sonda rəssamların ərsəyə gətirdikləri sənət əsərləri 2022-ci ilin yanvar ayının ortalarınadək “Shahdagh Guba & Truskovets Medical Sanatorium” mərkəzində sərgilənəcək.