Xaçmazda işıq dirəkləri yenilənib. Bu barədə 16 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Mərkəzdə yerləşən Nəriman Nərimanov küçəsində yeni işıq dirəklərinin quraşdırılma prosesi yekunlaşıb. Enerji təminatının yaxşılaşdırılması üçün LED (yüksək texnologiyalı) lampalardan istifadə olunub.

Daha öncə, köhnə işıq dirəklərinin demontaj prosesinin aparılması haqqında məlumat vermişdik.