Xaçmazda bank sektorunda gənclər üçün təcrübə keçmək imkanı yaradılır. Bu barədə bu gün, 16 sentyabr tarixində məlum olub.

Təcrübə proqramı “Muğanbank” tərəfindən, 3 ay müddətində davam edəcək. Öhdəliklərini uğurla icra edənlərə xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Həmçinin ən yüksək nəticə göstərənlər işlə təmin oluna bilərlər.

Proqrama cəlb edilmək üçün namizədlər dən aşağıdakı tələblər mövcuddur:
– Məntiqi və analitik düşünmə qabiliyyəti;
– Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
– Ünsiyyət və təqdimat bacarığı.
Proqrama qoşulmaq istəyənlər 01.11.2021-ci il tarixinə kimi, mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV (3×4 formatlı şəkil, təhsili əsaslandıran sənədi də əlavə edilməklə) göndərməlidirlər.