Qusar rayonunda ot sahəsi yanıb. Bu barədə 16 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Gilahoba kəndində 2,5 hektar ərazi yanıb. Sakinlərin sözlərinə görə, ot sahəsi biçimdən sonra sahibkar tərəfindən yandırılıb. O, alovun şiddətli yayılmasını gördükdə, yerli əhalidən kömək istəmişdir.

Yanğın söndürülüb. Xəsarət alan olmayıb.

Daha öncə, mobil rabitə operatorunun ötürücü qülləsinin generatorunun yanması haqqında məlumat dərc etmişdik.