Quba şəhərində esas yollardan biri yararsız vəziyyətdədir.Bu barədə 16 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Avtovağzal ərazisindən keçən əsas yolun asfalt örtüyü zədəli haldadır. Bakı-Qusar istiqamətində hərəkət edən nəqliyyat vasitələri bu yoldan istifadə edirlər.

Sakinlərin sözlərinə görə, bu hal uzun müddət müşahidə olunur. Bu səbəbdən nəqliyyat vasitələri tez-tez sıradan çıxır. Yağış yağdıqda isə buradan ümumiyyətlə keçmək əziyyətdir.

Daha öncə, Qubanın Timiryazev qəsəbəsinin yolları yararsız vəziyyətdə olması haqqında məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news