Qubada Şəhid ailələrinə dəstək üçün İctimai Birlik (İB) fəaliyyətə başlayıb. Bu barədə 16 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin Heydər Əliyev prospektində, “Vətən Naminə” İB-nin ofisi fəaliyyətə başlayıb. Vətən müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova təşkilatın sədri seçilib.

Daha öncə, Qubada şəhidlərin anım günü haqqında məlumat dərc etmişdik.