Azərbaycan Beynəlxalq Bankı “Quba” və “Xaçmaz” filiallarında vakansiya elan edib.
Vəzifə: Xəzinədar
Öhdəliklər:
Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Tələblər:
Ali iqtisadi təhsil;
Komandada işləmək bacarığı;
Analitik zəka;
Riyazi hesablama aparmaq qabiliyyəti;
CV-nizi mövzu yerində “Xəzinədar(Region adı)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Ətraflı məlumat üçün: https://www.offer.az/xezinedar-18-vakansiya-2021-28631/