Xaçmaz rayonunda 2 narkotacir tutulub. Bu barədə 15 oktyabr tarixində məlum olub.
DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri keçirilib. Xudat şəhər sakinləri Rüstəm Seyidov və Fərman Şahmuradov saxlanılıblar. Onların üzərinə baxış keçirilib. Nəticədə xeyli miqdarda narkotik vasitə olan heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı istintaq aparılır.
Daha öncə, Xaçmaz rayon sakini Anar Əsədov narkotik vasitələri ilə tutulması haqqında məlumat dərc etmişdik.