Xaçmazda 15 oktyabr tarixində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb. Bu haqda Shimal.news Report-a istinadən məlumat verir.
Tədbir şəhid Ehtiram Heydərovun anadan olduğu Xaçmazın Uzunoba kəndində keçirilib. Mərasimdə rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak ediblər. Onlar şəhidin şəkilləri olan plakatlar və gül dəstələri ilə Heydərovun qəbir üstü ziyarətinə gediblər.
Qeyd edək ki, şəhid Ehtiram Heydərov 15 oktyabr 2020-ci il tarixində Suqovuşan kəndi istiqamətində hərəkət edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində dünyasını dəyişib. Prezidentin sərəncamı ilə o, ölümündən sonra Vətən müharibəsi iştirakçısı, Ağdamın azad olunması və Vətən uğrunda medalları ilə təltif olunub.