Qubada uşaqlara aid müəssisənin qarşısında antisanitariya yaranıb. Bu barədə 15 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, pis qoxulu “çay axır” küçədə. Çirkab və içməli sular qarışır. Bu hal Timiryazev uşaq bağçasının önündə bir neçə gün davam edir. Məsələnin tezliklə həll olunmasına ümid edirlər.

Daha öncə, Quba şəhərində su borusu zədələndiyi haqqında məlumat vermişdik.